Vakansiyalar, İş elanları,Təcrübə proqramları

2023 Yeni iş elanlarına müraciət edərkən hansi mövzulara diqqət edilməlidi?

vakansiyalar

Bildiyiniz kimi ildən ilə işə müraciət edənlərin sayı artıq. Bəs siz yeni vakansiyalara müraciət edərkən nələrəsə diqqət edirsiniz?

Məsələn cv-nizi ən son nə zaman yeniləmisiniz?

İş tapmaq üçün İlk öncə ən vacib gözəl və baxımlı CV-nin olmasıdır.Bu sizə birbaşa üstünlük verir. İşəgötürənlərlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır. Əgər çoxdandır cv formasını yeniləmirsinizsə sizə cvforması.az saytı sizə cv-lərinizi yeniləmək üçün ideal köməkçi ola bilər.

Bəs cv bu qədər vacibdirmi?

CV sizin işə qəbul almağınızın ilk addımıdır. Vakansiyalara çoxlu müraciətlər olunur lakin hər cv- qəbul olunmur. Daha yaxşı cv sizin vakansiyaya qəbul şansinizi artırır.

Əgər çoxdandır cv- formasını yeniləmirsinizsə sizə cvforması.az saytı sizə cv-lərinizi yeniləmək üçün ideal köməkçi ola bilər.

Təcrüb proqramları nə üçün vacibdir və haradan müraciət edə bilərəm?

Təcrübə proqramları iş təcrübəsi olmayanlar üçün ideal təklifdir. Məsələn siz smm kimi fəaliyyət göstərmək istəyirsiniz lakin iş təcrübəniz yoxdur bu zaman iş tapmaq imkanınız demək olarki çox azdır. Bu halda siz smm təcrübə proqramlarına müraciət edərək bir müddət həm real iş ortamı ilə tanış olursunuz həmdə təcrübə qazanırsınız. Daha sonra tam ştat iş elanlarına müraciət edərək yeni iş tapa bilərsiniz. Bəs təcrübə proqramının pis tərəfi nədir? Pis tərəfi ondadırki siz ya çox aşağı maaş alacaqsınız yadakı heç almayacaqsınız.

Təcrübə proqramlarına haradan qoşula bilərəm?

Saytımızda filtr funksiyasında istifadə edərək yalnız təcrübə proqramları bölməsin seçirsiniz. Saytda olan bütün təcrübə proqramları qarşınıza çıxacaqdır. İstədiyiniz təcrübə proqramına birbaşa saytdan heç bir ödəniş etmədən müraciət edə bilərsiniz. Təcrübə proqramına etdiyiniz müraciət qəbul olunduqdan sonra sizi müsabiqəyə çağıracaqlar.

Qeyd edimki təcrübə proqramlarına müraciət tamamilə pulsuzdur.

Hansı vakansiyaya müraciət edəcəyini bilmirsən?

İlk növbədə qeyd edək ki, vakansiyalara müraciət zamanı bəzən tərədüt edirik və özümüzdən qərar veririkki biz bu vakansiyaya uyğun deyilik və çağırmayacaqlar. Lakin bu tamamilə yanlış fikirdir. İşə götürənlər bəzən heç təcrübəsiz birinidə işə çağıra bilərlər bəzən 5 il iş təcrübəsi olanıda işə çağırmaya bilərlər. Bu yalnız iş təcrübəsindən asılı olan amil deyil. Burada bir çox faktor önəmlidir.

Məsələn siz hansısa proqramı bilirsiniz lakin iş təcrübəniz yoxdur. İşə götürən sizi iş müsabiqəsinə çağırıb həqiqətən həmin proqramı bildiyinizi yoxladıqdan sonra sizi iş təcrübəniz olmasa bilə işə götürə bilər. Məsələn digər bir nüans dil biliyidir siz hər hansısa xairici dili bilirsiz lakin təcrübəniz yoxdur bu zaman işə götürən sizi yenə iş ilə təmin edə bilər. Bir çox faktorlar burada rol oynayır.

Siz özünüzə yatırım etməklə yəni dil öyrənməklə, proqramları öyrənməklə yeni iş tapmaq imkanını artıra bilərsiniz.

Vakansiyalarda ən çox nəyə fikir verilməlidir?

İşə müraciət zamanı siz şirkətə cv- göndərməmişdən əvvəl həmin şirkətin tələblərinin ən az 50% qarşıladığınızdan əmin olmalısınız. Yerdə qalan 50% içə qəbul olduqdan sonrada öyrənə bilərsiniz.

is elani