is elanlari 2023

1. Qaydalar

ÜMUMİ İSTİFADƏ QAYDALARI

• Evakansiya.az işəgötürən şirkət deyil, sadəcə işaxtaran və işəgötürən arasında əlaqə yaradan platformadır.
• Saytda qeydiyyat növündən asılı olaraq iki növ üzv olmaq olar: Şirkət (işəgötürən) və İşçi (işaxtaran) olaraq.
• Saytda iş elanı yerləşdirmək üçün Şirkət, işə müraciət etmək üçün İşçi olaraq qeydiyyatdan keçmək lazımdır.
• Saytda qeydiyyat prosesi zamanı tələb olunan e-mail ünvanı yeniliklərin, xəbər bülletenlərinin, kampaniyaların elan edilməsi və istifadəçi ilə əlaqə saxlamaq üçün istifadə oluna bilər.
• Saytdan istifadə qaydaları üzrə şərtlərin vaxtaşırı, qismən və ya tam şəkildə redaktəsi, dəyişikliklər və texniki yeniliklər istifadəçilərə e-poçt ilə bildiriş formasında göndəriləcək.


Şirkət (İŞƏGÖTÜRƏN) İSTİFADƏÇİLƏR ÜÇÜN QAYDALAR

• Saytda paylaşılan vakansiyanın müddəti 30 gün təşkil edir.
• Paylaşımlar pulsuzdur.
• Vakansiyalar yoxlanılılır və saytın qaydalarına uyğun olduğu təqdirdə saytda paylaşılır.
• Yaradılan vakansiyanın adı ilə kateqoriyası uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil edilibsə, sayt administrasiyası bu məlumatı redaktə etməyi öz üzərinə götürür. Bu zaman işəgötürənə məlumat verilməyə bilər.
• İşəgötürən vakansiyanı ətraflı izah edəcək formada aydın qeyd etməlidir.
• Saytda paylaşılması üçün natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və düzəliş edilməsi üçün işəgötürənə geri göndərilir.
• Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir.
• Dərc olunmuş vakansiyada düzəlişlər etmək mümkündür. Yenidən qaydalara uyğun yoxlanış olduqdan sonra paylaşılacaq.
• Şəbəkə üsulu marketinq növündə olan, şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan vakansiyalar silinəcək və ya düzəliş olunana qədər dərc edilməyəcək.
• Bir vakansiya daxilində bir neçə pozisiya üçün çağırış edilən vakansiyalar paylaşılmayacaq.

İşçi (İŞAXTARAN) İSTİFADƏÇİLƏR ÜÇÜN QAYDALAR

• Sayt işaxtaranlara iş elanları ilə onlayn şəkildə tanış olmaq, vaxta qənaət etmək və işə müraciət etmək imkanı verir.
• İşaxtaran CV-də qeyd olunan bütün məlumatların düzgün və aktual olduğunu təsdiq edir.
• CV-dəki məlumat həqiqətə uyğun olmalı, natamam, aldadıcı olmamalıdır.
• Reklam təyinatlı məlumatlar qeyd etmək, o cümlədən əxlaqsızlıq, irqi, etnik, dini mənşəli təbliğata və ayrı-seçkiliyə yol vermək qəti qadağandır.
• Saytda işçi istifadəçilər saytda paylaşılmış vakansiyalara müraciət zamanı şəxsi məlumatlarını (əlaqə məlumatlarını, doğum tarixini, cinsini və s.) öz istəyi ilə işəgötürənə göndərirlər.
• İşçi istifadəçilər əvvəldən hazırlanmış CV-lərini şəxsi kabinetə yükləməklə və “CV YARAT” bölməsində yeni CV yaratmaq ilə şəxsi kabinetdə saxlaya bilərlər.
• İşaxtaranlar öz CV-lərini yalnız WORD və PDF formatda saytdakı şəxsi kabinetə yükləyə bilərlər.
• İşaxtaranlar öz CV-lərini saytda payla və ya gizlədə bilərlər.
• Saytda qeydiyatdan keçərkən avtomatik olaraq razılıq verirsinizki sizin məlumatlar CV bankı bölməsində paylaşılsın. Profilim bölməsindən bu funksiyanı bağlaya bilərsiniz.

ÜZVLÜK ŞƏRTLƏRİ

• Şəxsi kabinet yaratmış hər bir üzv qeydiyyat zamanı bütün zəruri xanaları doğru məlumatlarla doldurulmalıdır.
• Saytda hər bir e-mail ilə yalnız bir hesab yaratmaq mümkündür.
• Aşağıdakı hallarda istifadəçinin saytdan istifadəsini məhdudlaşdıra bilər:
1.Uyğun olmayan ifadələr və fotoşəkillər olan CV saytda yerləşdirildikdə;
2.Dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etdikdə;
3.CV-yə aid olmayan məlumatlar (fərdi kommersiya məqsədli) qeyd olunduqda;

HÜQUQ VƏ MƏSULİYYƏTLƏR
• Sayt administrasiyası vakansiyanı dərc etmək, vakansiyada uyğunsuzluq aşkar edildikdə dərc olunmasından imtina etmək, ümumilikdə üzvlər tərəfindən saytın istifadəsinə nəzarət etmək və qaydalar çərçivəsində tənzimləmək hüququna malikdir.
• Sayt administrasiyası heç bir xəbərdarlıq etmədən tək tərəfli olaraq saytda və qaydalarda dəyişiklik etmək hüququnu özündə saxlayır.
• Sayt administrasiyası istifadəçilərə Ümumi İstifadə Qaydalarında, Məxfilik Prinsiplərində və Üzvlük Şərtlərində göstərilən öhdəliklərə zidd hərəkət etməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə, qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənara çıxmasına icazə vermir. Belə olduğu halda istər namizədin CV-si, istər şirkətin müvafiq olaraq bir və ya bir neçə vakansiyası və ya şəxsi kabineti haqqında uyğunsuzluğu istifadəçiyə məlumat vermədən və ya xəbərdarlıq etmədən tamamilə ləğv edə bilər.
• İşaxtaranların CV-lərində qeyd olunan məlumatlara görə sayt administrasiyası heç bir məsuliyyət daşımır.
• İşaxtarana işəgötürən tərəfindən daxil olan müraciətlərə, telefon zənglərinə görə sayt administrasiyası məsuliyyət daşımır.
• Sayt administrasiyasının saytın istifadəçiləri qarşısında iş və ya işçi tapmaq öhdəliyi yoxdur.
• İşaxtaran və işəgötürən arasında keçən hər hansı ünsiyyət və fəaliyyətə görə heç bir məsuliyyəti öz üzərinə götürmür.
• İşəgötürənlər yayımladıqları vakansiyalarına müraciət etmək istəyən işaxtaranlara daha ətraflı məlumat vermək məqsədi ilə paylaşdıqları sayt linklərinə görə məsuliyyət daşıyırlar. Bu linklərdən yarana biləcək risklərə görə sayt administrasiyası məsuliyyət daşımır.
Sayt administrasiyası istifadəçinin saytdan istifadə şərtlərindən, məxfilik prinsiplərindən və üzvlük şərtlərindən qeyri-qanuni şəkildə istifadə etdiyini müəyyən edərsə, həmin istifadəçi haqqında müvafiq tədbir görülməsi üçün şikayəti səlahiyyətli orqanlara bildirmək hüququna malikdir.
• Sayt administrasiyası tərəfindən saytın qaydalarına uyğun olmayan məlumatlara sahib istifadəçilərin ləğv edilmiş və ya silinmiş hesabları üçün istifadəçi heç bir hüquq və kompensasiya tələb edə bilməz.
• İstifadəçilər öz şəxsi kabinetində qeyd etdikləri məlumatlara görə məsuliyyət daşıyırlar.

MƏXFİLİK PRİNSİPLƏRİ

• Saytdan istifadə etdiyiniz zaman cihazınıza “Cookies” adlı fayllar yerləşdirilə bilər. Bu fayllar tamamilə zərərsizdir. Bu proseslə sayt administrasiyası sizin sayta təqdim etdiyiniz məlumatlardan və saytın müxtəlif linklərindən istifadə məntiqini öyrənib saytın istifadəçilərinə daha faydalı olmasını təkmilləşdirmək istəyir.
• İstifadəçilərimizə daha yaxşı xidmət göstərmək üçün sayta daxil olan istifadəçilərin məlumatları (ziyarət müddəti, saytda keçirdiyi vaxt, baxılan səhifələr) izlənilir.
• Əldə edilən məlumatlar məxfilik prinsiplərinə uyğun olaraq məzmun bölməmizi zənginləşdirmək və təkmilləşdirmək məqsədilə biznes tərəfdaşlarımızla paylaşıla bilər.
• Sayta gələn ziyarətçinin IP ünvanı qeydiyyata alınır.
Sayt administrasiyası istifadəçilərinin Məxfilik Prinsiplərini və Qaydaları pozduğunu aşkar edərsə, yaxud belə hal səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilsə və ya araşdırma tələb olunarsa, sayt administrasiyası bu halda müvafiq istifadəçi haqqında zəruri məlumatları səlahiyyətli orqana bildirmək hüququna malikdir. Eləcə də, analoji hal olduqda sayt administrasiyası Qaydalarda nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək hüququna malikdir.
• Təqdim olunmuş məlumatların təhlükəsizliyini təmin etmək üçün sayt administrasiyası inkişaf etməkdə olan texnologiyaya uyğun olaraq öz texniki tədbirlərini artırır.
Saytın istifadəçiləri onlara məxsus hesabın icazəsiz olaraq digər şəxslər tərəfindən istifadə edildiyini və ya şifrənin başqaları tərəfindən ələ keçirildiyini öyrəndikdə dərhal sayt administrasiyasına məlumat verilməlidir.

QEYD: SAYTA ÜZV OLMAQ İSTƏYƏNLƏR BU İSTİFADƏ ŞƏRTLƏRİNİ SONADƏK OXUDUĞUNU, BAŞA DÜŞDÜYÜNÜ VƏ QƏBUL ETDİYİNİ ANLAYIR, SAYTDAN QAYDALARA MÜVAFİQ İSTİFADƏ EDƏCƏYİNİ TƏSDİQ EDİR.