Niyə müraciət etdiyim vakansiyalardan geri dönüş almıram?

Sizdə hər gün müəyyən vakansiyalara müraciət edirsiniz lakin geri dönüş almırsınız?

vakansiyalar

Bunun müxtəlif səbəbləri ola bilər. İlk öncə gəlin bu səbəbləri bir bir qeyd edək və siz vakansiyaya müraciət edərkən harada səf etdiyinizi aydın şəkildə oxuya biləsiniz.

  1. Müraciət olunan iş ilə mənim cv-də qeyd etdiyim təcrübə fərqlidir.

Məsələn mən anbardan vəzifəsində çalışmışam lakin hal hazırda satış mütəxəssisi kimi iş axtarıram. Bu təbii haldır bir müddət sonra öz ixtisadınızı dəyişib başqa sahəyə yönələ bilərsiniz. Lakin ixtisas dəyişikliyi zamanı nələrə diqqət edilməlidir.

İlk növbədə əgər ixtisasınızdan və ya iş təcrübənizdən başqa vakansiyaya müraciət edirsinizsə bu zaman sizə yaxşı motivasiya məktubu lazımdır.

İşə müraciət zamanı cv-nizin yanında nəyə görə bu vakansiyaya müraciət edirsiniz açıqlamalısınız. Sizin cv-nizi yoxlayan da həmçinin bir insandır robot deyil. Bu zaman o sizin cv-də anbardar vəzifəsi görür ama müraciət olunan vakansiya isə satış mütəxəssisidir o avtomatıq sizin cv-ni qəbul etmir. Lakin yoxlanış zamanı sizin məktubu görüb nəyə görə bu işə müraciət edirsiniz oxuduqdan sonra cv-nizdə qeyd olunan anbardar vəzifəsi ikinci plana düşür. Səbəb hər bir şirkətə yenilikçi, işini sevən, öyrənə bilən işci lazımdır. Bəzən vakansiyaya müraciət ediyimiz zaman orada 1 il vəya daha çox iş təcrübəsinin olduğunu görürük və düşünürükki bu vakansiyaya müraciət etsəmdə məni çağırmayacaqlar. Lakin bu yanlış düşüncədir. Çünki hr sizin məktubu oxuyarkən işə nəqədər həvəsli yanaşacağınızı anlayıb sizi ən azından test müddətində işə dəvət edə bilər. Bu müddət ərzində siz öz bacarıqlarınızı göstərib həmin işə qəbul olub müqavilə bağlaya bilərsiniz.

Nümünə olaraq sizə işə müraciət məktubu təqdim edirik:

Salam,

Müraciət etdiyim vakansiya üzrə öz bilik və bacarıqlarımı sizinlə paylaşmaq istəyirəm. Yüksək motivasiyalı və bacarıqlı insanam. Əminəmki sizin şirkət üçün bacarıqlı işci olacam.

CV-mə baxarkən müraciət ediyim vakansiya üzrə təcrübəm olmadığını görcəksiniz lakin, bu sahəni dəyirdən öyrənmək və bu sahə üzrə ixtisaslaşmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm.

Əğər mümkün olarsa sınaq müddəti kimi də işləməyə hazıram. Bu müddət ərzində bu işə necə yüksək motivasiya ilə yanaşdığımın şahidi olacaqsınız.

Oxuduğunuz üçün minnətdaram

Hormətlə ad soyad

Çalışın öz sözlərinizlə va bacardığınız qədər real yazmağa calışın.

  1. Müraciət olunan vakansiyanın tələblərini qarşılayıram?

Əslində bir çoxumuz işə müraciət etdiyimiz zaman maaşa önəm veririk və digər mövzuları gözdən qacırırıq. Əslində bu normaldır hər şeyin qiyməti qalxdığı bu dövrdə maaş önəmlidir. Lakin biz müraciət etiyimiz iş elanını diqqətlə gözdən keçirsək görərikki orada daha ətraflı məlumatlar qeyd olunub. Məsələn: kompüter proramlarını bilmirik lakin iş elanında konpüter proqramı bilikləri tələb olunur. Siz bu işə müraciət etdiyiniz zaman təbikii sizə geri dönüş olmayacaq.

Bəs nə edə bilərik bu tip iş elanına?

İlk növbədə qeyd edimki artıq kompüter proqramlarını bilmək 100% lazımdır. Konpüter proqramları dedikdə nəyi nəzərdə tuturam. Microsoft word, excel, powerpoint, və təbikii outlook proqramı. Bu proqramları öyrənmək çox rahat və asandır. Bir neçə ay sərf edərək bu proqramları öyrənə bilərsiniz. Online dərslərədə qatılaraq çox rahatlıqla öyrənə biləcəyiniz proqramlardır. Bundan sonra həmin vakansiyaya müraciət edə bilərsiniz. Bu işəgötürən üçün vacib nüanslardan birirdir.

  1. Digər problemlərdən biri vakansiyaya müraciət edərkən dil biliyidir.

Bəzən işə götürən yalnız rus və ya yalnız ingilis dili biliyi olanlar vakansiayya müraciət etsin yazır. Lakin hansı səviyyədə ingilis və ya rus dili bililiyi tələb olunduğunu qeyd etmir iş elanında. Bu halda nə edə bilərik. Bu halda şirkətə zəng edib hansı səviyyədə dil biliyi tələb olunduğunu soruüşa bilərsiniz. Məs tələb olunan səviyyə aşağı səviyyədir və siz bunu bilmirsiz deyə vakansiyaya müraciət etmirsiniz bəzəndə əksinə ola bilər. Dəqiqləşdirdikdən sornra vakansiyaya rahatlıqla müraciət edə bilərsiniz.

  1. Vakansiyaya müraciət edərkən elan olunmuş vakansiyayın başlığın qeyd etmirsiz.

Düzdü bu problem evakansiya.az saytında yoxdur çünki siz vakansiyaya müraciət edərkən avtomatik olaraq sistem elanın başlığın emaildə qeyd edir və bu şəkildə sizin cv-nizi göndərir. Lakin siz özünüz email göndərərkən birbaşa buna mütləq diqqət yetirin.

  1. CV-niz göndərilmir və email boş gedir sizdə bunun fərqində belə olmursunuz.

Bəzi email və ya proqramlarda yaranan problemlərə görə siz cv-nizi emailə əlavə etsəniz belə həmin emaildə cv-niz şirkətə göndərilmi və belə olan halda təbikii siz vakansiyadan geri dönüş almayacaqsınız. Bu halı evakansiya.az avtomatlaşdırılmış sistem vasitəsi ilə aradan qaldırır. Siz bizim saytdan iş elanına müraciət etdiyiniz zaman cv formasını sayta yükləyirsiniz və müraciət et klikləyirsiniz daha sonra sistem sizin müraciətinizi birbaşa şirkətin mail ünvanına göndərir.