İş haqqında
Vəzifə öhdəlikləri:
• Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının tərtib edilməsi
• Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
• Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
• Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
İş qrafiki:
• Həftə içi 5 gün saat 09:00-18:00,
• Nahar şirkət tərəfindən verilir,
• Korporativ nömrə (korporativ paket),
Namizədə aid tələblər:
• Ali təhsil (Mühəndislik/memarlıq ixtisası üzrə),
• Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi,
• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları haqqında biliklər,
• Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər,
• Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın əleyhinə mühafizənin norma və qaydaları haqqında biliklər,
• Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər.