İş haqqında
İş yeri aparıcı ticarət mərkəzlərindədir.
Məhsullarımız sərgidən gələn gümüş və digər dəyərli və yarım-dəyərli metal və daşlardan ibarət aksesuarlar olub, xarici istehsalçılara aiddir.
Biz aktiv, hədəfli və satış sahəsində istedadlı mütəxəssisləri axtarırıq.
Şərtlər
• Estetik gözəlliklə daim əhatə olunub, satışı xoş təəssürat yaradan iş şəraiti təklif edirik.
• Növbəli iş qrafiki ( 1-ci növbə 10:00 19:00. 2-ci növbə 13:00- 22:00) həftədə 1 gün istirahət.
• Maaş: Aylıq gəlir ortalama 500-600AZN ( 350+ Bonus) olmaqla Satış Məsləhətçisinin birbaşa aktivliyindən asılıdır.
Maaşın məbləğı birbaşa satış aktivliyi ilə bağlı olub, bonuslara heç bir məhdudiyyət qoyulmur.
Maaş məbləğinin cəmi ay boyunca Satış Məsləhətçisinin satmaq istəyi və bacarığından asılı olaraq toplanaraq hesablanır.
• Təşkilatla bağlı təşəbbüskarlıq və təkliflər dəstəklənir. Uğurlu əməkdaşlar üçün şirkət daxilində vəzifə artımı, karyera inkişafı imkanları vardır.
Qeyd: Filiala yaxın ərazidən olan (20 Yanvar) namizədlərə üstünlük veriləcək!
Namizəd üçün tələblər:
• Müştəriləri cəlb etmək, məhsulları sərgiləmək və seçim məsləhəti vermək
• Uyğun aksesuarları dəstləşdirə bilmək və alıcıya təqdim etmək
• Yüksək səviyyədə peşəkarlıqla xidmət göstərmək
• Vitrinlərin formalaşmasında iştirak etmək
• Satış zamanı əşyaları qablaşdırmaq
• Kassa və terminalla işləmək. Karguzarlıq işlərini səliqəli aparmaq.
• Məhsulların qəbulunda iştirak etmək
• Mağazanın sayımında iştirak etmək
• Daxili təlimlərdə iştirak etmək. İşlə bağlı əməliyyatları daxili təlimatlara görə həyata keçirmək
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 – 40
• Dil bacarıqları: Azərbaycanca səlis danışmaq.
Rusca şifahi danışıq səviyyəsi.
• Təhsil: Orta təhsil. Ali Təhsilli namizədlərə üstünlük verilə bilər.
• Müvafiq satış istiqamətində (tekstil/geyim, zinyət əşyaları, aksesuar) iş təcrübəsi
• Aktiv satış etmə bacarığı. Satışda və aylıq qazancının artmasında maraqlı olan hədəfli namizədlərə üstünlük veriləcək.
• Ünsiyyətcillik, nəzakətli və mehriban davranış
• Məsuliyyət, disiplinli olmaq
• Savadlı nəzakətli nitq bacarığı
• Sağlam və enerjili olmaq
• Moda və aksesuarlara maraq