Qaynaqçı vakansiya 2023

03 Mart 2023
700
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Techmaster MMC vakansiya elan edir!

Qaynaq olunacaq hissələri müəyyənləşdirmək və qaynaq işlərini həyata keçirmək.

Qaynaq avadanlıqlarını yoxlamaq və sazlığını təmin etmək..

Metalın qalınlığına və tərkibinə uyğun elektrodu seçmək.

Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq.

Düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq.

Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək.

Boru, flyans birləşmələrini, implus xəttlərini, siyirtmələri, kəsilmiş hissələri və digər zəruri avadanlıqları qaynaq çubuğu ilə qaynaq etmək.

Prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etmək.

Quraşdırma prosesində zədələnmiş və sınmış yerləri aşkar etmək və onları qaynaq vasitəsi ilə aradan qaldırmaq.

Şöbə rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirmək.

Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək.

Tabeçiliyində olan avadanlıqlara texniki baxışı həyata keçirmək.

Tələblər:

Təhsil : Orta texniki

İş təcrübəsi : 1 ildən 3 ilə qədər

Yaş : 25 – 45

Cins : Kişi

Sahə üzrə texniki və ya orta texniki təhsil;

Yarımavtomat və qaz qaynağı üzrə dərin texniki biliklər;

Mexaniki alətləri və electriki cihazları istifadə bacarığı;

Qaynaq tikişlərinin növləri və qaynaq olunan metalların mexaniki xüsusiyyətləri üzrə biliklər;

Elektrodların növləri və tikişlərin qoyulması texnoloji ardıcıllığı üzrə biliklər

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.