İş haqqında
Vəzifə öhdəlikləri:
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması.
Tələblər:
Təhsil : Natamam ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Mühəndislik sahəsi üzrə ali təhsil;
Planlama mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 il təcrübə;
Layihə Planlama Proqramları üzrə peşəkar biliklər;
Güclü analitik düşünmə bacarıqları.