Kart məhsulları və layihələrin idarə olunması şöbəsi üzrə aparıcı mütəxəssis vakansiya 2023

06 Mart 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Rabitabank OJSC vakansiya elan edir!

Kart məhsulları üzrə analitik və aylıq/rüblük hesabatların hazırlanması;

Müxtəlif müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulların hazırlanması və təqdim edilməsində iştirak etmək;

Kart məhsulları və nağdsiz hesablaşmalar üzrə daxili və xarici bazarı daimi təhlil etmək;

Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;

Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;

Kart məhsulları, xidmətləri, satışı və təqdim edilmə texnologiyaları üzrə bank daxili seminar və təlimlər keçmək;

Kart məhsulları və xidmətlərinin reklamı və marketinqi üçün təkliflər hazırlamaq;

Beynəlxalq və yerli Ödəniş Sistemlərinin nümayandələri ilə daimi və keyfiyyətli əlaqələri qurmaq;

Daxili normativ sənədləri hazırlamaq və təkmilləşdirmək;

Namizəd üçün tələblər:

Ali təhsil;

Analitik bacarıqlar;

Plastik kartlar sahəsində ən azı 2 il iş təcrübəsi;

İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;

Problemləri həll etmə bacarığı;

Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.