Əməliyyat bölməsinin meneceri vakansiya 2023

06 Mart 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Rabitabank OJSC vakansiya elan edir!

Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;

Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə müştərilərin hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və təsdiq üçün Filial/Şöbə rəhbərinə təqdim edir;

Ödəniş tapşırıqlarını bank sistemində bank tərəfindən təyin edilmiş limitlər çərçivəsində təsdiq edir;

Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açılmasının təsdiqi;

Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;

Müştəri haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edilməsinə nəzarət (əlaqə nömrəsi, elektron ünvanı və s.);

Bank tariflərinə uyğun olaraq müştərilərdən xidmət haqqı tutulmalara nəzarət edir;

Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəncamların silinməsini (sistemə daxil edilməsini) yoxlayır;

Əməliyyatlar üzrə sənədləşmənin aidiyyatı qovluqlara yerləşdirilməsini yoxlayıb tamlığına məsuliyyət daşıyır;

Baş ofisin qeyri-kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;

Baş ofisin müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir

Namizəd üçün tələblər:

Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);

Əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsinin olması;

MS Office proqramında peşakar işləyə bilmək bacarığı;

Azərbaycan dilini mükəmməl bilmək,;

Yüksək ünsiyyətqurma bacarığı;

İdarə edə bilmək və təşkilatçılıq bacarığı;

İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;

Problemləri həll etmə bacarığı;

Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;

Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;

Məsuliyyətli, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.