Beynəlxalq münasibətlər üzrə mütəxəssis iş elanı 2023

20 Fevral 2023
2000 - 2500
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

HR-Port iş elanı 2023

Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;

Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;

Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;

Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;

Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;

Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək.

Namizəd üçün tələblər:

İngilis dilində sərbəst danışıq, dinləmə, yazı, oxu qabiliyyətlərinə malik olmaq (“ielts” sertifikatı arzu olunandır), yaxud Çin, ərəb, fars, ingilis, rus, gürcü, alman, fransız dillərində oxuma, yazma və danışıq bilikləri;

Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil;

Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;

Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

İşgüzar yazışmaların aparılması bacarığı;

Analitik düşünmə bacarığı;Problem həlletmə bacarığı;

Planlama və zamanın idarəolunması;

Situativ qərarvermə;

Yüksək ünsiyyət bacarıqları;

İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.