Baş Mühasib iş elanı 2023

15 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;

Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;

Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;

Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;

ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

Namizəd üçün tələblər:

Vergi, statistika və DSMF hesabatların hazırlanması;

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

İş şərtləri:

Həftə içi 5 gün, 09:00-18:00Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

Ünvan:

Bakı, Xırdalan, Xaçmaz və İmişli şəhərləri

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.