İş haqqında
– Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
– Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
– İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
– Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
– Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
– Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
– Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
– Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 30 – 45
Cins : Kişi
– Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
– Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
– Yaş həddi 30-45
– Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı
– Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
– Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
– Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə biliklər