İş haqqında
İş barədə məlumat
-Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi
– Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən yazışmalar, sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi
– Rəhbərliyin tapşırığına əsasən, surətçıxarma işinin icrası
– İşgüzar yazışmaların aparılması
– Rəhbərliyin tapşırığına əsasən, məktub, sorğu və şirkətin fəaliyyəti ilə bağlı digər sənədlərin layihələrinin hazırlanması
– Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi
– İşgüzar görüşlərin təşkili və iştirak edilməsi
– Ezamiyyələrə gedilməsi
– Ofisin dəftərxana ləvazimatları, istifadə olunan material və ofisin fəaliyyəti üçün lazım olan digər maddi mallarla təminatı işinin təşkili və həyata keçirilməsi
İş qrafiki:
I-V günlər, 09:00-dan-18:00-dək
İstirahət günləri: şənbə və bazar günü
Tələblər
– Yalnız xanım namizədlər
– 25-35 yaş
– Səliqəli, punktual, xoş görünüşlü
– Məsuliyyətli, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirən
– Səlist ünsiyyət qurmaq və komandada işləmək bacarığı
– MS Office proqramlarını bilmək və internetdən istifafə edə bilmək
– Stresli vəziyyətdə işləmək bacarığı
– İşgüzar yazışma və lazımi sənədlərin hazırlanması bacarıqları (görüş hesabatları, sifarişçi ilə yazışmalar, iş məktubları)
Göstərilən tələblərə cavab verən şəxslərin şəkilli CV-lərini “Rəsmi qurumlarla iş şöbəsinin rəisi” başlığı ilə [email protected] mail ünvanına göndərməkləri xahiş olunur. Şəkilli CV-lərə nəzər yetiriləcəkdir.