İş haqqında
SOLO AVTO Servis Mərkəzi avtomobil sahəsi, təmiri və ehtiyat hissələri üzrə maraqlı və peşəkar məzmunları ələ alacaq “video məzmun yaradıcısı” namizədi axtarışındadır. Uğurla seçilən namizəd məhsul və xidmətlərimiz üzrə marketinq strategiyasına uyğun olaraq ssenarinin seçilib yazılmasından videonun yaradılmasınadək olan prosesi idarə edəcək və şirkəti Youtube, TikTok kimi uyğun plaftormalarda təbliğ edərək brendin inkişafına dəyər qatacaqdır.
Öhdəliklər:
Brendin marketinq strategiyasına uygun video məzmunların yaradılması və çəkilişinin təşkili
Məzmun idealarının araşdırılması və video ssenarinin yazılması
Satış və servis komandası, videoqraf və marketinq şöbəsi ilə birgə ideaların seçilməsi və keyfiyyətli məzmunların yaradılması
Təkliflər:
Video məzmunin yaradılması üçün komanda və avadanlığın təşkili
5 günlük iş qrafiki
Loft və geniş ofis şəraiti
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Tələblər:
Avtomobil sahəsi üzrə bilik və maraq
Mükəmməl Azərbaycan dili qrammatika biliyi
Video çəkilişi və səhnə tərtibatı təcrübəsi
Aktyorluq, səlis danışıq və idarə etmə bacarığı
Öncəki işlərinə dair video portfolio (Mütləq)