İş haqqında
Rocco Group vakansiya 2023
İş barədə məlumat:
Bakı şəhərində yerləşən Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə birdəfəlik məhsulların tanıtımını və aktiv satışı həyata keçirmək
Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
Məhsul və xidmətləri müştərilərə tanıtmaq
Satışın stimullaşdırılması üçün təkliflər vermək
Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
Əmək haqqı 750 — 1500 AZN (fix əmək haqqı + satışdan faiz)
İş qrafiki: Həftə içi 6 gün, bazar günü istirahət
Namizədə tələblər:
Şəxsi avtomobil mütləq olmalıdır
Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
Komandada və stres altında işləmək bacarığı
Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
Ali təhsil
Yaş həddi 21-35 arası
Ünsiyyətcil və inandırma bacarığı
Öz üzərində işləyən, inkişafa meyilli
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
Satışın analizini aparmaq bacarığı
Vaxtın səmərəli idarəolunması bacarığı
Sürücülük vəsiqəsi.