İş haqqında
OMİD Mağazalar şəbəkəsi vakansiya 2023
İş barədə məlumat:
Mağazanın satış işini təmin etməlidir;
Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
6 günlük iş rejimi.
Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
18-30 yaş
Bəsit riyazi biliklərin olması vacibdir
Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
Müvafiq sahədə təcrübənin olması üstünlükdür.