İş haqqında
Holcim Azerbaijan is elani 2023
Vəzifələr:
İnsanların, ətraf mühitin, şirkətin vəsaitlərinin və imicinin qəsdən törədilən cinayət fəaliyyətindən, zərərli hərəkətlərdən və arzuolunmaz hadisələrdən qorumağı təmin edir
Təhlükəsizlik və Dayanıqlılıq üzrə Menecerə müəssisənin gündəlik mühafizə xidmətini təşkil və rəhbərlik etməkdə köməklik edir, müəssisənin mühafizə fəaliyyətinə dair post, yoxlamalar və yoxlama məntəqələrə aid prosedurları, daxili qərarları və digər sənədləri tərtib edir və təzələyir
Müəssisənin mühafizə olunan ərazilərinə mühafizə xidmətinə dair qaydalar və prosedurlar hazırlayır
Müəssisənin iş ərazilərində effektiv mühafizə sisteminin qurulmasına və təkmilləşdirilməsinə dair təkliflər verir
Müəssisənin iş ərazilərində mühafizə xidməti göstərən mühafizə şirkətinin heyətinin işini bilavasitə koordinasiya edir, növbədə olan mühafizə heyətinin əmək funksiyalarının icrasına şəxsən nəzarət edir
Mühafizə xidmətində baş verən pozuntular və nöqsanların araşdırılmasında iştirak edir və səbəblərini əşkar edərək mühafizə xidməti ilə birgə lazımı tədbirlər görür
Mühafizə xidməti əməkdaşlarının iş yerlərində praktiki işini, postlarda prosedurlara nəzəri yiyələnmə səviyyəsini, iş təlimatlarını yoxlayır
Mühafizə şirkəti tərəfindən müəssisənin ərazilərində xidmət aparmaq üçün işə götürülən əməkdaşları uyğunluq və professionallıq cəhətdən yoxlayır, tələb olunan sənədlərin surətlərini əldə edir
Cari məsələləri müzakirə etmək məqsədilə mühafizə şirkəti ilə görüşlər təşkil edir və görüşlərin protokolunu hazırlayır
Mühafizə şirkətinin fəaliyyəti barəsində hesabatlar verir, xidmətin keyfiyyətinin qiymətləndirilməsində iştirak edir
Müəssisənin digər nöqtələrdə yerləşən iş ərazilərinə mütəmadi olaraq gedərək ordakı mühafizə xidmətinə nəzarət edir, mühafizə sistemini yoxlayır
Təhlükəsizliyə dair hadisələrin qeydiyyatını aparır və fövqəladə hallar və təhlükəsizliyə dair məsələlər barəsində Təhlükəsizlik və Dayanıqlılıq üzrə Menecerə və ƏMTT üzrə Menecerə məlumat verir
Fövqəladə hallar zamanı növbədə olan mühafizə xidmətinin əməkdaşlarına zəruri tədbirlərin görülməsində rəhbərlik edir
Təhlükəsizliyə dair hadisələrin araşdırılmasında iştirak edir, hadisə yerində lazım olan təxirəsalınmaz tədbirləri həyata keçirir
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatlı olur və ona əməl olunmasına ciddi riayət edir
Tələb olunan keyfiyyətlər:
Təhsil və İş təcrübəsi:
Müvafiq sahədə iş təcrübəsi – 3 il
Hərbi bilet (hərbi qulluğu keçmiş)