İş haqqında
Sinteks Group of Companies vakansiya 2023
Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir
Satışlara uyğun olaraq əlavə məhsul sifariş siyahısını hazırlayır və sifariş verir.
Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir
Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir
İşçilərin xarici görünüşünün (uniforma, saç, makiyaj, səliqə) qaydasında olmasını təşkil edir
Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir
Mağazanın iş qrafiki ilə işləməsini təmin edir
Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
Mağazada təmizlik işlərinə nəzarət edir.
Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir
Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir
Siqnalizasiya sistemi işə düşəndə aidiyyəti şəxslərin məlumatlandırılması və lazımi tədbirlərin görülməsi.
Əsas tələblər:
Təhsil:
Orta təhsil (Ali təhsil arzuolunandır)
Təcrübə:
Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4-5 il
İş təcrübəsi İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi
Professional Biliklər:
Satışın təşkili
MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
İdarəetmə bacarıqları
Liderlik
Təşkilatçılıq
Ünsiyyət bacarıqları
Vaxtın idarəolunması
Problem həll etmə
Stressə davamlılıq