İş haqqında
Tələblər:
Logistika, iqtisadiyyat, planlama və yaxın sahələr üzrə ali təhsil;
Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
Logistika sistemini yaxşı tanımalı;
Anbarlama, nəqliyyat və daşıma fəaliyyətlərini bilməli;
Tədarük zənciri proseslərini yaxşı tanımalı;
Yerli və xarici tədarükçüləri tanımalı;
Planlama və performans qiymətləndirmə və ölçmə prinsiplərini bilməli.
Vəzifə izahatı:
Şirkət strategiyası və fəaliyyətlərinə uyğun logistika xidmətlərini planlamaq;
Müştərilərdən gələn sifarişləri qəbul etmək, qeydiyyatını aparmaq, sifarişləri aidiyyatı bölümlərə bildirərək lazım olan koordinasiyanı təmin etmək;
Gələn sifarişin ən doğru formada planlanması üçün ERP vasitəsi ilə gərəkli olan hesablamaları həyata keçirmək;
Stok nəzarətini icra etmək və varsa əskiklərin aradan qaldırılmasını təmin etmək;
Gələn sifariş miqdarına görə zaman və resurs planlamasını həyata keçirmək;
Sifarişin durumuna nəzarət etmək və buna bağlı çatdırılma işlərinin müştərinin istəyi istiqamətində icra edilib edilmədiyini yoxlamaq;
Sifariş prosesində aidiyyatı bütün bölümlərin performanslarını yoxlamaq və buna bağlı məlumatlandırmaları etmək;
Doğru KPİ -lar paketi hazırlayaraq rəhbərliyə təqdim etmək, həmçinin performans qiymətləndirmə nəticələrini izləmək;
Dövri anbar sayımlarını planlamaq və sayım proseslərinin aparılması üçün müraciət etmək;
Sayımların şirkət tərəfindən müəyyən olunan düzgünlük qaydalarına uyğun olmasını izləmək;
Anbar proseslərinin müəyyən olunmuş planlara uyğun olmasını izləmək;
Geri qaytarma və məhv etmə (iadə -imha) proseslərini izləmək;
İşçi, anbar və avadanlıqların illik texniki xidmət planını hazırlamaq;
Çatdırılma və anbar maliyyə xərclərini planlamaq;
Anbar funksiyalarının daha sürətli və təhlükəsiz icrası üçün rəhbərliyə təkliflər vermək.
İş şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək