Komendant vakansiya 2023

07 Mart 2023
600 - 1000
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Toca Residence is elani 2023

Vəzifə öhdəlikləri:
Yaşayış kompleksinin kommunal-istismar təminatını həyata keçirmək;
Yaşayış kompleksinin sakinlərinin kommunal borclarını vaxtında ödəmələrini təşkil etmək;
Yaşayış kompleksinin sakinləri ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfiyyətlə həll etmək;
Yaşayış kompleksinin ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisinin daimi fasiləsiz çatdırılmasının təşkili , liftlərin fasiləsiz işləməsini, ərazinin və binanın işıqlandırılmasını təmin etmək;
Kompleksin yaşıllaşdırılmış ərazilərinə qulluq olunması üçün bağbanların işinə nəzarət etmək;
Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq;
Öz yurisdiksiyasında əmlakın təhlükəsizliyini və saxlanmasını təmin etmək;
Lazım olan inventar, məişət xidməti əşyaları almaq, köməkçi işçilərə və təmizləyicilərə verib və müvafiq əməliyyat uçotunu aparmaq;
Binanın ofis, yaşayış binasının istismarı ilə əlaqəli qərarlar, sərəncamlar, ali və digər orqanların digər tənzimləmə və normativ sənədlərinin saxlanılmasına cavabdehlik;
Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
Rəhbərin əmrləri, qərar və göstərişlərini icra etmək;
Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq;
Əmlakın uçotunu aparmaq, varlığını qəbul və çıxarma aktlarını tərtib etmək.
Tələb olunan göstəricilər:
Ali savadlı;
Operativ, məsuliyyətli, punktual və daim öz üzərində çalışan;
Rus dilində danışmağı bacarığı olan, ingilis dili bilməsi üstünlükdür;
Diqqətli, səliqəli, iqtisadi olmalı;
Müəyyən qədər mühasibat uçotunu aparmağı bacarmaq;
İşçiləri idarə etmək bacarığına malik;
Ona həvalə olunan işin səmərəli icrası;
İcra, əmək və texnoloji intizamın tələblərinə uyğunluq;
Ona həvalə olunan ərazidə və ətrafında qanuna uyğunluqları təmin etmək.
İş qrafiki: həftə içi 6 gün (saat 09:00-dan 18:00-dək)

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.