HR Menecer vakansiya 2023

06 Mart 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Carçıoğlu Group is elani 2023

İş barədə məlumat:
Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
Sənəd dövriyyə sisteminin qurulması prosesində iştirak etmək;
Dövlət Statistika hesabatlarını hazırlamaq və kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və s. əmrləri hazırlamaq;
Əmək haqqı, dərəcələndirmə və bonus hesablanması;
Vəzifə təyinatlarının Əmək münasibətləri və məşğulluq altsistemində qeydə alınmasını və yeni əməkdaşların sənədləşdirilməsi prosesini icra etmək;
Şirkət strukturlarının vəzifə təlimatlarının qeydiyyatını aparmaq;
Şirkət əməkdaşlarının əmək müqaviləsinə xitam vermək və əməkdaşlarla son haqq-hesabı həyata keçirmək, əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim etmək;
Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək.
Namizədə tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı
Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Microsoft Office (Word, Excel) Outlook proqramlarında sərbəst işləmək.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
5 günlük iş həftəsi ( 08:00 – 18:00)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.