Hesabatlıq və təhlil üzrə mütəxəssis iş elanı 2023

12 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Vəzifə öhdəlikləri:
Poçt daxili təhlillərin hazırlanması (məhsullar, layihələr və s. üzrə);
Yeni və mövcud məhsulların maliyyə təhlili, gəlirliyini və effektivliyini ölçən gündəlik və həftəlik hesabatların hazırlanması;
Mərkəzi Banka təqdim edilən hesabatların hazırlanması;
İdarəetmə mühasibatlığının aparılması
Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
Rəhbərlik tərəfindən tələb olunan maliyyə modellərin hazırlanması;
Dövrü maliyyə hesabatlarının hazırlanması;
Namizədə dair tələblər:
Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə bakalavr diplomu;
İdarəetmə/Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində 1 il iş təcrübəsi;
Mühasibatlıq, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər;
Excel proqramını yüksək səviyyədə bilmək;
Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət etmək;
Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
Komanda şəklində işləmək bacarığı;
Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
ACCA F3 Sertifikatı
CFA, CİMA sertifikatlarının olması üstünlükdür.

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.