Emalatxana üzrə texnik iş elanı 2023

12 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Detallarda burğulanma əməliyyatları,daxili və xarici yivlərin əl ilə açılması,doğrama dəzgahında metal və qeyri metallar pəstahların kəsilməsi,armaturların sökülməsi, təmiri sınağı və quraşdırılması,fırlanan avadanlıqların balans dəzgahında balanslaşdırılması.

Vəzifə öhdəlikləri:
Torna emalatxanası üzrə çilingərin vəzifəsi, müxtəlif ölçülü və təyinatlı detallarda çertyoja və ya nümunəyə uyğun burğulama işlərinin görülməsi,daxili və xarici yivlərin əl ilə açılması,
armaturların hidravlik və dinamik sınağı, təmirinin görülməsi.
Müxtəlif fırlanan avadanlıqların rotorlarının balans dəzgahında quraşdırılması və balans edilməsi.
İstifadə etdiyi burğu, pnevmatik və hidravlik sınaq dəzgahı, balans dəzgahı kimi avadanlıqların iş prinsipini bilməlidir.
Alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir.
İşin əvvəlində dəzgahı qoşmalı, iş zonasını kənar əşyalardan təmizləməli iş zamanı dəzgahdakı işçi qovşaqlara nəzarət etməli,işin sonunda dəzgahı cərəyandan təcrid edib metal yonqarlardan və digər istehsalat tullantılarından təmizləməlidir.
Kvalifikasiya Tələbləri:
Mexanika sahəsi üzrə orta ixtisas təhsili

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.