Digital Marketinq Meneceri iş elanı 2023

27 Fevral 2023
1300 - 1500
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

BSC Consulting & Outsourcing Company is elani 2023

Vəzifə öhdəlikləri:
Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
Müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi
Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.
Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
Korporativ görüşlərin keçirilməsi.
Reklam və marketinq məhsullarının hazırlanması.
Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq.
Namizədə tələblər:
Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console;
Komanda ilə işləmə bacarığı;
Yaradıcı və yenilikçi düşünmə bacarığı;
Analiz etmə və problemləri həll etmə bacarığı;
Azərbaycan dili; ingilis və ya rus dili sərbəst.
Digital marketing sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
İş rejimi və əmək haqqı:
İş qrafiki: qanunvericiliyin tələblərinə əsasən.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.