İş haqqında
Universal Group of Companies is elani 2023
Vakansiyanın təsviri:
Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Xüsusi tələblər:
Biznesin idarə edilməsi, İqtisadiyyat ,Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
Audit sahəsinə aid nəzəri biliklər;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti
Biz nə təklif edirik:
Məqsədlərinizə çatmaq üçün şəxsi inkişafınıza dair – korporativ kitabxana;
Rahat işləməyiniz üçün noutbuk;
Müvafiq komandada maraqlı iş;
Karyera və inkişaf. Biz işçilərin şəxsi və peşəkar inkişafını təşviq edirik;
Maraqlı və innovativ iş mühiti;
Gələcəyə fokuslanmış və mehriban atmosfer;
Qanunvericiliyə uyğun olaraq və şəxsi ehtiyaclar əsasında illik məzuniyyət.