Baş mühasib is elani

20 Yanvar 2023

Vakansiyaya müraciət formu

Email *
Ad soyad *
CV *
Yüklə

Fayl tipləri .pdf, .doc, .docx

İş haqqında

Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
Ayın bağlanmasını həyata keçirir;
Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
Namizəd üçün tələblər
Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili
Təcrübə: Aqro sahədə (Kənd təsərrüfatı) iş təcrübəsi1C proqramında işləmək bacarığı;
IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə bilikləri olanlara üstünlük verilirMəsuliyyətli, kollektivdə işləmə bacarığı;
İş şəraiti:
İş yeri Zirə qəsəbəsində yerləşir;
6 günlük iş qrafiki;Saat 08:30-17:30;
Əmək haqqı: müsahibə əsasında namizədin bilik bacarığına görə dəyişir.