Baş mühasib iş elanı 2023

14 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun yaradılması və aparılması;
Təşkilatın uçot siyasətinin formalaşdırılması;
Tam və etibarlı mühasibat və vergi hesabatlarının tərtibi və vaxtında təqdim edilməsi;
Mühasibat uçotunun idarə edilməsi;
Vergilərin və digər icbari ödənişlərin hesablanması və büdcəyə vaxtında köçürülməsi;
Əmək haqqı fondunun xərclənməsinin düzgünlüyünə, kadr intizamına riayət olunmasına nəzarət etmək;
Debitor borclarının vaxtında yığılması və kreditor borclarının ödənilməsi;
Bütün növ hesabatların (vergi, statistika və s.) hazırlanması və təqdim edilməsi – aylıq, rüblük, illik.
Kameral məktubların yoxlanılması, kameral sorğuların və vergiyə cavabların həlli;
Mühasibat uçotunun və vergi uçotunun bütün sahələri üzrə sənədlərin və dəqiqləşdirmələrin verilməsi.
İxtisas və bacarıqlar:
Yaş: 25-40
Ali təhsil (İqtisadiyyat/Mühasibat/Maliyyə və Kredit)
Xüsusi ixtisas kursları, ixtisasartırma sertifikatı (ACCA-Association of Chartered Certified Accountants) – arzuolunandır;
İş təcrübəsi – Baş Mühasib vəzifəsində 3 il.
Analitik düşüncə tərzi, sistemli, strukturlu, məsuliyyətli;
Pərakəndə satış təşkilatında və beynəlxalq şirkətlərdə iş təcrübəsi arzuolunandır;
Peşəkar Mühasib Sertifikatı arzuolunandır;
Bütün mühasibat, vergi və idarəetmə uçotu proseslərini bilmək;
1C proqramlarını bilmək (8.3), Excel proqramını mükəmməl bilmək;
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00

Əmək haqqı: Müsahibə əsasında.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.