Texniki dəstək üzrə mütəxəssis iş elanı 2023

Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

• İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqların proqram və aparat təminatı üzrə texniki xidmətin göstərilməsi;
• İKT avadanlıqların və lokal şəbəkənin işlək vəziyyətdə saxlanılması üçün işlək vəziyyətin qorunması üçün monitoringi, diaqnostikası, profilaktik işlərin aparılması və sazlanması;
• Yeni İKT avadanlıqların quraşdırılması, sazlanması və qeydiyyatı;
• İKT avadanlığın sıradan çıxmış hissələrin qeydiyyatı və dəyişdirilməsi;
• Daxil olmuş müraciətlərin və tapşırıqların qeydiyyatı və müştərilərlə müqavilədə razılaşdırılmış vaxta uyğun icrası;
• Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;
• Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalın Əməliyyat Sistemində əks olunması;
• Əməliyyat Sistemlərin (Windows XP,Vista,7,8,10) quraşdırılması, sazlanması və idarə edilməsi
• Modem, marşrutlayıcı (router), kommutatorların (switch) və Wi-Fi (access point) qurğuların quraşdırılması, sazlanması və idarə edilməsi.

Namizədə verilən tələblər:
• ali və ya texniki təhsil;
• müvafiq sahədə ən az 1-3 illik iş təcrübəsi;
• azərbaycan, rus və texniki ingilis dillərini bilmək;
• MS Office proqramlarını bilmək;
• kollektivdə işləmək bacarığı;
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: əmək haqqı müsahibə vaxtı müəyyən ediləcək.