İş haqqında
Namizədə tələblər:
• Mühasib vəzifəsində 2 ilədək iş ştajı,
• Ali təhsil
• Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək
• Yaş həddi 22 – 30
• Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
• Ünvan: Keşlə qəsəbəsi
• Əmək haqqı: 800-900 AZN.
İş barədə məlumat:
• Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
• Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
• Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
• Bank əməliyyatlarının həyata keçirilməsi
• Ölkə daxili və xarici ödənişləri sərbəst etmə
• Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• E-Qaimə fakturalarının və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
• İşgüzar yazışmaların aparılması
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
• Ofis proqram bilikləri (xüsusilə Excell) və 1C mütləqdir
• Vergi Məcəlləsi bilikləri
• E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Şirkət rəhbərliyinə digər müvafiq maliyyə hesabatlarının hazırlanması
• Mal-material uçotunun aparılması
• Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması
• AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
• Əmək haqqı cədvəlinin tərtibi , hesablaması və ödənişləri
• Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00
• Korporativ mobil nömrə.