İş haqqında
Tələblər:
• Təhsil: Ali təhsil;
• Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst yazışma və ünsiyyət qurma bacarığı (İngilis dili üstünlükdür);
• Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli;
• Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
• Güclü təşkilati bacarıqlara malik olmalı;
• İşgüzar yazışma əsaslarını bilməli;
• Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
• Təlim materiallarını hazırlamaq və daim yeniləmək;
• Yeni işə qəbul olmuş işçilər üçün “Uyğunlaşma təlimi”nin təşkili və aparılması;
• Daxili təlimçilərin yetişdirilməsi layihəsində iştirak etmək;
• Təlimlərlə bağlı müvafiq məlumat bazalarını hazırlamaq;
• Müvafiq təlim ehtiyaclarını qarşılamaq üçün təlim proqramlarını hazırlamaq və təşkil etmək;
• Daxili Təlim proqramlarının hazırlanması ilə bağlı şirkət daxilində müvafiq mövzu üzrə mütəxəssislərlə/ekspertlərlə əməkdaşlıq etmək;
• Tədris qeydiyyat sənədlərinin saxlanılması, işçilərin iştirakına nəzarət etmək;
• Şirkət üzrə şöbələrin ƏEG yekun nəticələrinin əldə edilməsinə nəzarət.
İş şəraiti:
• İş qrafiki: Tam iş günü
• Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
• Əmək haqqı: 800 AZN (Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz