Leqo Group

Aktiv vakansiyalar - 0

About Company

Yüksək iş əmsalı ilə “Leqo Group” MMC şirkəti 2013-ci ildən Azərbaycanda tikinti, quraşdırma, layihələndirmə və təchizat sektoru üzrə fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti əhəmiyyətli və mühüm sifarişləri yerinə yetirməkdir. “Leqo Group” MMC bir çox sənaye və mülki obyektlərin projelərində iştirak edir.

Biz sifarişçilərimizə mükəmməl xidmət göstərməklə yanaşı, onların istək və tələblərini də ön plana çəkirik. Sifarişçi təsəvvürlərinin daha yaxşı formalaşması üçün vizual həll yolları və peşəkar konsultasiya xidmətini tətbiq edirik. Bu da, təbii ki, öz növbəsində iş prinsipinə birbaşa təsir edir. “Leqo Group” MMC şirkəti işlərin icrası zamanı keyfiyyət, sağlamlıq və təhlükəsizlik məsələlərini də daima nəzarətdə saxlayır. Müştəri məmnunluğunu nəzərə alan şirkət, işlərin bütün mərhələlərində sistemliyə və keyfiyyətə əsaslanır. Obyektlərin zərurətindən asılı olaraq, bəzi hallarda layihəmizə xarici memar və mühəndislər cəlb olunur.

Məlumat üçün bildirək ki, şirkətimiz bir çox dövlət tenderlərində iştirak edərək, uğurlu nəticələrə nail olmuşdur.