
Loğman Abbasov
İşçi haqqında
Mən Loğman İntiqam oğlu Abbasov 1998-ci il aprel ayının 4-ü Oğuz rayon Dəymədağlı kəndində dünyaya göz açmışam. Hərbi xidmətdə olmuşam. Sürücülük vəsiqəm var. Subayam.
2004-cü ilin sentyabrında Əsabəli Abdulhüseynov adına Oğuz rayon Sincan kənd tam orta məktəbinə daxil olmuş və həmin məktəbi 2015-ci ildə bitirmişəm. Orta məktəbi qiymət ortalaması 4.5 (5 ballıq ) ilə bitirmişəm.
2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komisiyyasının keçirdiyi qəbul imtahanında 269 (700 ballıq sistemdə ) bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Aqronomluq ixtisasına qəbul olmuşam. Həmin ixtisası 2019-cu ildə bitirmişəm. Bu ixtisası seçməkdə səbəbim 2 şey olmuşdur. Bunlardan 1-cisi təbiət ( biologiya ) elmlərinə marağımın ( sevgimin ) olması olmuşdur. 2-cisi isə ailəmin ailə kəndli təsərrüfatı olması olmuşdur. Çünki bilirdim ki, mən kənd təsərrüfatında sahəsində artıq ənənəvi təcrübəyə sahibəm və bu sahədə uğur əldə etməyim rahat və məqsədə uyğun olacaq. Ailə kəndli təsərrüfatı olaraq bağçılıq ( əsasən qərzəklilər, qismən tumlu və çəyirdəklilər ), bostançılıq, tərəvəzçilik, çiyələkçilik,bitkiçilik ( əsasən qarğıdalı, taxıllar, yem otları, qismən günəbaxan və noxud ) və heyvandarlıq ilə məşğul olmuşuq.
2019-cu il 81 ( 150 ballıq sistemdə ) bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin magistr pilləsinə daxil olmuşam. Magistr ixtisaslaşmam Ekoloji Kənd Təsərrüfatı olmuşdur. Magistr pilləsini 2021-ci ildə bitirmişəm.
2021-ci il iyul ayının 9-da həqiqi hərbi xidmətə yola düşmüş və 2022-ci il iyul ayının 9-u həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışam.
2017-ci il mən və tələbə yoldaşım Ramiz Həmidov ilə birgə “Qamma Agro” adlı layihə yazmışıq. Layihənin yazılmasında məqsəd kənd təsərrrüfatına yeni fermerlərin cəlb edilməsi və artıq kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların maarifləndirilməsi olmuşdur. “Qamma Agro” ilkin olaraq layihə sonradan isə şirkət olaraq fəaliyyətgöstərmişdir. Fəaliyyət müddəti ərzində 50-dən artıq yeni fermer və sahibkar kənd təsərrüfatına cəlb olunmuş, 300-dən artıq fermer və sahibkar isə təlimlərə cəlb olunmuşdur. Bununla yanaşı müxtəlif kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edilmişdir. Bunlara misal olaraq “Oğuz Aqro İndustry” MMC, “Ulduz” MMC, “AgroCo” MMC, “Corn Aqro” MMC və s. göstərmək olar.
Bunlarla yanaşı hər zaman öz üzərimdə işləmiş, bilik və bacarıqlarımı artırmağa çalışmışam. Belə ki, ixtisasımla yaxın və uzaqdan əlaqəli, iş həyatımda birbaşa və dolayı əhəmiyyət kəsb edən təlimlər, seminarlar, beynəlxalq və yerli konfranslar, elmi dərnəklər, ödənişli və ödənişsiz təcrübə proqramlarına qoşulmuş və uyğun sertifikat, fəxri fərmanlar və fərqlənmə diplomları əldə etmişəm. Bunlara misal olaraq “ Sərvət” MMC ilə “BP”-nin “FİRAVAN” ( “Fermerlərin İmkanlarını və Resurslarını Artıran Vacib Nailiyyətlər” adlı birgə layihəsi ( 2017-ci il yanvardan dekabradək ), “Sərvət” MMC ilə Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlıq kontraktı (2017-ci il ), “Gilan Holding”-in Azərbaycan Dövlət Aqrar Universitetində təşkil etdiyi tədris-praktiki təlim-təcrübə proqramı ( 2017-2019-ci illər ), sonradan “AgroCenter” ( 2019-2021-ci illər ), Bədən dili təlimləri, İnformasiya texnologiyaları ( ofis proqramları ( Word, Excel, PowerPoint, Acces, SolidWorks və s.), kənd təsərrüfatı ilə bağlı cihaz və proqlamları ( “Valley İrrigation”, “Trimble”, “Solis Scan”, “Agsense”, “Wagnet”, “Field Climate”, “Reinke”, “Veris”, “QGİS 3.10” və s. ), “CİS”, səyyar və laboratoriya analiz cihaz və qurğuları ), “İFOAM” və digər beynəlxalq statuslu qurumların konfrans və seminarlarını göstərmək olar.
Akademik həyatımda 1 ( bir ) stastiki məlumatlara əsaslanan diplom işi, 1 ( bir ) elmi-tədqiqata əsaslanan dissertasiya işi və əlavə 2 ( iki ) elmi məqaləm vardır. Diplom işimin mövzusu “İntroduksiya Olunmuş Fındıq Sortları” , dissertasiya işimin mövzusu isə “ Ekoloji Kənd Təsərrüfatında Ekoloji Təmiz Çiyələk Yetişdirilməsi Texnologiyası” olmuşdur. Məqalələrim isə ekoloji kənd təsərrüfatına aid alt mövzular olmuşdur.
Hobbilərim kitab oxumaq, piyada yerimək, musiqi dinləmək və açar toplamaqdır.
Təhsil
Bakalavr
Magistr elmi-ixtisas dərəcəsi
İş staji / Təcrübə
Qarğıdalı
İstixana
Meyvəçilik Narçılıq Fındıqçılıq Pambıqçılıq Tərəvəzçilik Üzümçülük Bitkiçilik Əkinçilik
Məsləhət xidməti
Pambıqçılıq
Fındıqçılıq
Meyvəçilik
Tütünçülük
Bitkiçilik Əkinçilik
Badamçılıq Meyvəçilik