Təchizat şöbəsinin müdiri vakansiya 2023

07 Mart 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;

Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;

Qanunvericiliyə, şirkətin siyasət və prosedurlarına uyğun olaraq, müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;

Prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq;

Texniki tələblərə uyğun olaraq təchizatçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək, tender qiymətləndirmə planında qeydlər aparmaq;

Qanunvericiliyə, şirkətin siyasət və prosedurlarına uyğun olaraq, təchizat prosesini və müqavilə razılaşmalarını idarə etmək üçün təchizat planı hazırlamaq;

Potensial təchizatçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;

Mal və ya xidmətlərin təchizat tələblərinə və arzu edilən keyfiyyət şərtlərinə uyğun gəlməsini həyata keçirtmək;

Alınan mal və xidmətlərin müqavilə şərtlərinə və tələb olunan nəticələrə uyğunluğunu təmin etmək;

Cəmiyyətin prosedur qaydalarına uyğun olaraq, ödəniş üçün hesabları emal etmək;

Sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;

Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;

Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

Namizədə tələblər:

Müvafiq sahə üzrə ali təhsil/magistratura təhsili;

Ən azı 7 il ümumi təcrübə, 5 il idarəetmə təcrübəsi;

Müvafiq qanunvericilik aktları və normalarını;

Dövlət Satınalmaları üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələbləri haqqında əla səviyyədə biliklər;

Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;

MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.