İş haqqında
Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Namizəd üçün tələblər:
Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;Riyazi hesablama aparmaq qabiliyyəti;Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;Yüksək qavrama və öyrənmə qabiliyyəti;İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;Kompüter bilikləri.