Hüquqşünas iş elanı 2023

18 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Məhkəmə, icra, hərrac və s. işlərində Bankı təmsil edərək iştirak edir.

Hüquqi xarakter daşıyan sənədlərin tərtib olunmasında iştirak edir;

Problemli kreditlərin qaytarılması üçün zəruri tədbirlər görür;

Qüvvədə olan normativ-hüquqi aktların sistemləşdirilmiş uçotu və saxlanılması üzrə iş aparır, onların qüvvədən düşməsi və dəyişikliklərin edilməsi barədə qeydlər aparır;

Müqavilələrin hazırlanmasında yaxud bağlanması təklif olunan müqavilələrə dair hüquqi rəy verir.

İş funksiyalarından irəli gələrək digər müvafiq işləri həyata keçirir.

Namizəd üçün tələblər:

Ali hüquqi təhsil;

İxtisası (məhkəmə, icra, hərrac işləri) üzrə ən azı 3 il iş təcrübəsi;

Bank təcrübəsinin (Bankın məhkəmə, icra, hərrac kimi işləri üzrə ən azı 3 il iş təcrübəsinin) olması mütləqdir;

Banklar haqqında qanunvericilik aktları bilikləri ;

Mülki, əmək, inzibati qanunvericiliyini və mülki\inzibati\kommersiya prosesləri bilməli;

Daima hüquq və qanunvericiliklə bağlı yenilikləri öyrənərək işinə müvafiq şəkildə tətbiq etməsi ;

Mükəmməl azərbaycan dili biliyinin olması. İngilis dili bilənlərə üstünlük verilir.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.