Əmək haqqı üzrə mühasib vakansiya 2023

04 Mart 2023
800 - 1000
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Camal LTD vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

– İşçilərin aylıq əmək haqqlarını hesablamaq;

– Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;

– Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;

– Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;

– Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;

– DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;

– Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;

– Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;

– Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

Namizədə tələblər:

– Ali təhsil;

– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;

– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;

– Hesabatların auditini bacarmalı;

– Analitik düşünmə qabiliyyəti olmalı;

– Azərbaycan və rus dili bilikləri;

– Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;

İş şəraiti:

• İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət

• Əmək haqqı: 800-1000 AZN-dən başlayaraq

• Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

• Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur

İş yeri:Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.