Daxili Audit Şöbəsinin Baş Mütəxəssisi iş elanı 2023

20 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Səba Şirkətlər Qrupu iş elanı 2023

Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;

Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;

İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;

Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;

Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;

Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.

Namizəd üçün tələblər:

Sahə üzrə ali təhsil Müvafiq sahədə- audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi: 3 ildən artıq

Daxili audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;

Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;

Ezamiyyələrdə iştirak etmək imkanı;

MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.

İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır;

Tələb olunan zəruri biliklər:

Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA və s.) sertifikatları;

Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;

Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.