Çağrı Mərkəzinin Operatoru iş elanı 2023

13 Fevral 2023
400 - 500
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Layihənin tələblərini və gözləntilərini tam şəkildə mənimsəmək;

Satış məqsədi olmadan keçirilən müxtəlif təlim və tədbirlərə iştirakçıları dəvət etmək;

Edilən zənglərin daxili sistemdə qeydə alınması və gündəlik, həftəlik, aylıq hesabatların verilməsi;

Keçiriləcək layihələrin məqsədini və hədəf kütləsini anlayaraq məlumatların ötürülməsi zamanı düzgün və lazımi informasiyanın ətraflı çatdırılması;

Tapşırılan həftəlik və günlük zəng sayına çatmaq;

İştirakçılar tərəfindən verilən sualların tam şəkildə cavablandırması, cavablana bilinməyən sualların rəhbər şəxslərə yönləndirilməsi;

Zəng edən və ya zəng olunan bütün iştirakçılara xüsusi yanaşma və təmkinli davranış;

Vətəndaşların təklif və iradlarını qəbul edərək rəhbər şəxslərə yönləndirilməsinin təmin olunması;

Şirkətin daxili intizam, etik davranış, məxfi məlumatların açıqlanmaması və digər qaydalara riayət olunması.

Namizəd üçün tələblər

Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

Düzgün diksiya;

Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;

Dinləmə, inandırma və münaqişələrin həlli bacarıqları;

MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı;

Müvafiq sahə üzrə minimum 2 il təcrübə;

Yalnız xanım namizədlər.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.