İş haqqında
Bankdaxili təlimat, qayda, prosedurların hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;Departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələr ilə razılaşdırmaq və təqdim etmək;Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişləri yerinə yetirmək;Bankdaxili tələbdən asılı olaraq filial, şöbə müdirlərinə və digər əməkdaşlara Bankın adından çıxış etmək səlahiyyətini verən etibarnamələrin vermək, vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin etmək;Bankdaxili qaydalara uyğun olaraq, Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və Bankın maraqlarına cavab verməsini təmin etmək;Bankın filial, şöbə və nümayəndiklərinin açmaq, sonrakı dəyişiklikləri və bağlanmasını müşayiət etmək;Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və qanunvericilikdə baş vermiş əlavə və dəyişikliklər barəsində onları məlumatlandırmaq;Banka daxil olan sorğularının cavablandırılmasını təmin etmək;Bankın maliyyə, təsərrüfat və hüquqi fəaliyyətilə bağlı hüquq-mühafizə, vergi orqanları və digər təşkilatlarla münasibətlərdə qarşıya çıxan hüquqi məsələlərin həllində Bank adından çıxış etmək və mənafeyini qorumaq;Bankın fəaliyyətinin metodoloji bazasını hüquqi cəhətdən müşayiət etmək;Bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların, habelə digər bankdaxili sənədlərin hüquqi ekspertizasını həyata keçirmək.
Namizəd üçün tələblər:
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;Kargüzarlıq işinin əsaslarını bilmək;Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənə üstünlük veriləcəkdir);Yüksək qavrama və analizetmə qabiliyyəti;İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;Kompüter bilikləri (MS Office proramlarını orta səviyyədə bilmək).