İş haqqında
SWISSMED
İş barədə məlumat:
Əlverişli əməkdaşlığın qurulması məqsədi ilə preparatların potensial aptek şəbəkələrində satış payını artırmaq. Bununla bağlı aptek şəbəkələri ilə müqavilələrinin imzalanmasının təşkili.
Müqavilələrin şərtlərinin yerinə yetirilməsinə nəzarət.
Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında hazırlamaq.
Satış dövriyyəsinin artırılmasına dair yeni və uyğun təkliflərin hazırlanması.
Aptek şəbəkələri ilə danışıqların aparılması və görüşlərin təşkil edilməsi.
Təyin edilmiş ərazidə müştəri bazasının (apteklər və aptek şəbəkələri) inkişafı.
Apteklərdə rəqiblərin analizi və təhili
Aptek şəbəkələrinin işçiləri üçün məhsullar üzrə təlim tədbirlərinin təşkili;
Aptek şəbəkələri bazarının müntəzəm təhlili və aptek şəbəkələri ilə ən təsirli və müasir əməkdaşlıq formalarının inkişafı üçün planların hazırlanması;
Şirkətin imici üçün reklam dəstəyini inkişaf etdirmək;
Aptek zəncirləri daxilində şirkət məhsullarının daimi mövcudluğuna nəzarət.
Aylıq satış planını yerinə yetirilməsi
Satışların təhlili
Namizədə tələblər:
Ali təhsili və ya tibbi təhsil .
Ən azı 3 il əczaçıliq şəbəkələri ilə və provizorlarla ziyarət təcrübəsi, aptek şəbəkələri ilə iş təcrübəsi.
Aptek müdürləri ilə əməkdaşlıq və danışıqların aparılması təcrübəsi.
Səlis və aydın nitq, sistemli təqdimat bacarığı.
Rəsmi və səliqəli geyim tərzi.
Dürüst, məsuliyyətli və qoyulan tapşırıqları vaxtında yerinə yetirmək.
Hərəkətli iş rejimində və kollektivdə işləmə bacarığı.
Şəxsi avtomobil olanlara üstünlük verilir.
Aylıq yanacaq şirkət tərəfindən ödənilir.
Şəxsi avtomobili olmayanlara yol xərcləri ödənilir.