İş haqqında
İşin təsviri:
Satışla əlaqədar dataların toplanması və analizi;
Trendlərin müəyyənləşdirilməsi üçün satış tarixçəsinin mütəmadi nəzərdən keçirilməsi;
Müştəri cədvəllərinin, qısa və uzunmüddətli satış proqnozlarının yaradılması üçün satış komandası ilə qarşılıqlı işləmək;
Statistik üsullardan istifadə edərək məlumatların hazırlanması və təhlil edilməsi;
Satış üzrə periodik olaraq həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
Satış prosesini təkmilləşdirmək üçün təkliflərin verilməsi və satış komandasına dəstək göstərilməsi;
Verilənlər bazasından yararlanaraq vəziyyətin analizinin aparılması;
Müştəri dövrüyyələrinin analiz edilməsi;
KPİ hədəflərini izləyib rəhbərliyi məlumatlandırmaq;
Tələblər:
Təhsil: Ali (İqtisadi, Biznes, İqtisadiyyat, Statistika sahəsində) ;
İş təcrübəsi: Müvafiq sahədə 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili səlist, Rus, İngilis dilləri üstünlükdür;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi;