İş haqqında
İş barədə məlumat:
Yerli və xarici bazar araşdırmalarını həyata keçirmək və yeni təchizatçıları müəyyən edib, cəlb etmək;
Danışıqlar aparmaq və qənaətlər əldə etmək;
Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təklifləri dəyərləndirmək və təsdiqə göndərmək;
Alış müqavilələrini və sifariş tapşırıqlarını (Purchase Order) hazırlamaq və razılaşdırılmasını təşkil etmək;
Daşıma və gömrük prosesini təşkil etmək;
Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək;
Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
Hesab-fakturaları, qaimə-fakturaları və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək;
Satınalma üzrə bütün məlumatları sistemli şəkildə arxivləşdirmək;
Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesini şirkət prosedurlarına uyğun olaraq aparmaq;
Struktur daxili müfaviq hesabatları hazırlamaq.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki 5 günlük;
AR qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
Təchizat sahəsi üzrə ali təhsil;
Tələb olunan vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
Satınalma müqavilələrinin tərtibatı üzrə ümumi anlayış;
Araşdırma, analiz və təhlil bacarığı ;
Kompüter bilikləri (MS Office, excell biliyi mütləqdir);
ERP (1C, Loqo və s) təcrübəsi;
İngilis dili və rus dili biliyi (B1;B2);