İş haqqında
İş barədə məlumat
Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması;
Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi;
Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi;
Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi;
İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi və s.
Namizəd üçün tələblər
Ali təhsil (maliyyə/ iqtisadi);Bloomberg Market Concept sertifikatının olması arzuolunandır;
CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır;
Qiymətli Kağızlar bazarına dair məlumatın olması;
Araşdırma və analitik düşünmə bacarığı;
Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
Bloomberg terminalı ilə tanışlıq;
Təqdimatların hazırlanması;
Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.