İş haqqında
İş barədə məlumat
Avropa Yenidənqurma və İnkişafı Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir
– İşgüzar danışıqlar aparmaq qabiliyyəti, networking anlayışı, mövcud network-lərlə işləmə, upselling, cross-selling kimi satış artıran bacarıqlar, müştərilərlə görüş təşkil etmək, yeni müştərilərə şirkətin, satdığı mal və xidmətləri haqqında məlumat verən, bu işləri punktual və peşəkar yerinə yetirən şəxsləri dəvət edirik
– Mail izləmə, mail vasitəsi ilə təqdimatların göndərilməsi, mailin peşəkar cavablandırılması və mail ilə işləmə bacarığı olan
– Müştərilərlə əməkdaşlıqda şirkəti yüksək səviyyədə təmsil etmək
– Şirkətin korporativ satış strategiyasının effektliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək
– Aylıq satış planını həyata keçirmək
– Müştərinin axtarış kanallarında işləmə, yeni müştərilərin cəlb olunması, bütün satış prosesinin idarə edilməsi
– Verilən tapşırıqları vaxtında icra etmək, günlük, həftəlik və aylıq fəaliyyət planlamasını aparmaq, şirkət daxili proqramda qeyd etmək və işlərlə bağlı periodik hesabat vermək
– Punktual və məhsuldar işləmə bacarığı, firmanın korporativ brend dəyərinə uyğun dünya görüşünə və məlumat bazasına malik olmaq
– Əmək haqqı 1000-1500 AZN-dən başlayır + bonus
– Mühasibatlıq üzrə şirkətlərin cəlb edilməsi zamanı müqavilənin 25-40 % dəyərində və, digər birdəfəlik xidmətlər zamanı 5-20 % bonus nəzərdə tutulur, xidmətlərimiz haqqında ətraflı məlumatı saytdan əldə edə bilərsiz
– Nəqliyyat/Yanacaq və telefon xərcləri şirkət tərəfindən ödənilir
– İş vaxtı: həftənin 5 günü
– Saat 09:00-dan – 18:00-dək
– Ünvan: Akim Abbasov 1C, ofis 15 B
Namizədə tələblər
– Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür)
– B2B satış sahəsində geniş bacarıqlara malik olan
– Ünsiyyət qabiliyyəti (şifahi və yazılı), təqdimat bacarıqları, şirkətin xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
– Müştəri yönülmü düşüncə tərzi. Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
– Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı
– Detallara fikir verən, Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq, məsuliyyətli