İT üzrə mütəxəssis iş elanı 2023

17 Fevral 2023
700 - 800
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

İş barədə məlumat:
Kompüter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq;
Əsas texniki problemləri təyin etmək və həll etmək;
İstifadəçilərin müraciətinə (telefon və ya tiket) vaxtında baxmaq;
Ofisdə yerləşən texniki vasitələrin və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
Switch, AP və Router şəbəkə avadanlıqlarını quraşdırmaq və sazlamaq;
PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmək;
Printer və scanner avadanlıqlarını kompüterə quraşdırmaq, problem yarandığı halda problemi həll etmək;
Windows Server, Active Directory və DNS anlayışından xəbərdar olmaq;
İP telefonların və İP kameraların iş prinsipini, çıxan nasazlıqları aradan qaldırmaq;
Antivirusların iş prinsipi, quraşdırmaq və sazlamaq;
Aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək.
Namizəd üçün tələblər:
Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi istiqamətində)
2 il iş təcrübəsi (analoji sahə üzrə);
Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı;
MS Ofis proqramlarından istifadə bacarığı;
Windows əməliyyat sistemlərində yüksək səviyyədə işləmək bacarığı;
Problemləri düzgün analiz etmək bacarığı;
Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmaq.
Əmək Şəraiti:
AR-nın ƏM – nə uyğun sənədləşmə;
İş Rejimi: Həftənin 5 günü;
İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.