İş haqqında
İş barədə məlumat
– SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə layihəyə nəzarət və rəhbərlik edilməsi
– Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi
– Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması
– İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi
– Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi
İşçi üçün şərait:
– SOCAR-ın neft platformasında işlədikdə maksimum 15 gün müddətinə dənizə ezam ediləcək. 15 gün bitdikdən sonra ofisə dönəcək, işlərini ofisdə və Qartal TF-nın metal-konstruksiya sexində davam etdirəcək. Lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək
– Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək
– Bazar günü işlədiyi günlərin əmək haqqısı ödəniləcək
– Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir
– Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir; Dənizdə işlədikdə yemək SOCAR tərəfindən təchiz ediləcək
– Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir
– İş günləri 6 günlük iş həftəsi, saat 09:00-dan-18:00-dək təyin edilir
– Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir
Namizədə tələblər
– Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı
– İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı
– Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı
– İngilis dilini bilməsi arzuolunandır
– Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır
– Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır (Autocad, Archicad, Tekla Structural)
– Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir
– B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır