İş haqqında
Fortis Group vakansiya 2023
Namizədə tələblər:
Yaş həddi 25-45;
Elektrik sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
Diqqətli, çevik və məsuliyyətli olmalı;
Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək
Sənaye təyinatlı, digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək.
İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
Kommersiya, sənaye və məişət məqsədi ilə elektrik alətləri, avadanlıqları, qurğuları, komponentləri, məhsulları və sistemlərini layihələşdirmək, hazırlamaq, saxlamaq və təkmilləşdirmək;
Elektrik avadanlıqları və onların ehtiyat hissələrini sifariş vermək.
Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək.
Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihəkonstruktor sənədlərini razılaşdırmaq və rəylər vermək.
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
Nahar ilə təmin edilir.
İş yerinə servislə çatdırılır.