İş haqqında
ENGINET is elani 2023
Vəzifə öhdəlikləri:
şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
Namizədə verilən tələblər:
ali təhsilə üstünlük verilir
azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
nitqi aydın və səlis olmalı
fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
müştərilərlə ünsiyyət qurma bacarığı
məsuliyyətli, səbrli, stressə davamlı olmalı
MS Office proqramlarını bilməli
İş qrafiki: növbəli, günaşırı.