Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis iş elanı 2023

26 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Bank Respublika ASC is elani 2023

Ümumi vəzifə öhdəlikləri:
Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
İngilis dilində sənədlərin hazırlanması;
Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
Azərbaycan, Rus və İngilis dilləri – əla səviyyədə (yazılı və şifahi);
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Məsuliyyətlik, operativlik;
İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.