APTEKLƏR ÜZRƏ KOORDİNATOR iş elanı 2023

01 Fevral 2023
1000
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

İş barədə məlumat
Vəzifə funksiyaları:
­Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək
– Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət
– Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət olunması
– Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək
– Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasında yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək
– Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsinin yoxlanılması
– Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırılması
– Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunması
– Satınalma menecerləri ilə əlaqəli səkildə dərman vasitələrinin sirkətin tələblərinə uyğun olaraq vaxtinda təhvil verilməsinə nəzarət etmək
– Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət
– Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət etmək
– Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarının aparılması
– Apteklərdə işçilər tərəfindən siğortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılması
– Sığorta hesabatlarının müvafiq sığorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdimatını icra etmək

İş şəraiti:
-İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93)
-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
-Nahar şirkət tərəfindən təmin olunur
-Tibbi siğorta ilə təmin olunma
Namizədə tələblər
– Ali tibb təhsili
– Aptek və dərman sahələri üzrə minimum 5 il iş təcrübəsi
– Dərman vasitələri haqqında dərin biliklər
– Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər
– Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər)
– 1C proqramı ilə sərbəst işləmə bacarığı
– İdarəetmə və ünsiyyət qurma bacarığı

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.